“Hədəfinizə “Hədəf”lə irəliləyin!”

0
723

Mingəçevirdə “Hədəf” kursları yeni tərdis ilinin başlanğcı ərəfəsində yenə öz qapılarını abituriyentlərinin üzünə açdı. Bu münasibətlə “Hədəf”də müəllim, valideyn, şagird və abituriyentlərin də iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən kursun ictimai işlər üzrə nəzarətçisi Füzuli Əhmədov bu il “Hədəf” kursunu bitirmiş və yüksək balla ali məktəbə qəbul olmuş abituriyentləri təbrik etdi, onların valideynlərini, müəllimlərini alqışladı. Daha sonra kursun digər müəllimləri, şagirdləri, abituriyentləri, valideynlər öz ürək sözləri ilə çıxış etdilər. Tədbirin sonunda kursu bitirən abituriyentlərə sertifikatlar verildi.

 

Tədbirdən sonra Füzuli müəllimlə həmsöhbət olduq və kursun fəaliyyəti, hədəfləri, gələcək planları ilə bağlı ona bir neçə sual ünvanladıq.

Füzuli müəllim bildirdi ki, “Hədəf” kursu mingəçevirdə artıq 7 ildir ki, fəaliyyət göstərir: “Fəaliyyətimizin ilk dövründən valideyn-şagird-müəllim əlaqələrinin yüksək formada tənzimlənməsi ön plana çəkilib. Bu da son nəticədə bizə uğurlar bəxş edib. Belə ki, 7 il ərzində kursumuzun qəbul nəticələri 95-96%-dən aşağı düşməyib. Bu bir həqiqət ki, iş olan yerdə çatışmazlıqlar da olur”.

Füzuli müəllim onu da qeyd etdi ki, kursda bütün fənlər qruplara uyğun olaraq tədris olunur. Kursda xarici dillərin fərdi qaydada öyrənilməsi də həyata keçirilir. Eyni zamanda biz yalnız şagird, abituriyent hazırlığı ilə yox, həm də ali məktəbləri bitirmiş və pedaqoji sahədə çalışmaq istəyənlərə köməklik edirik. Elə bunun nəticəsidir ki, neçə-neçə gənc müəllim Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaqlardan uğurla çıxıb.

Kursun gələcək planlarından söz açan Füzuli müəllim bildirdi ki, şəhərimizdə təhsilə qayğı böyükdür: “Biz də bu qayğıya öz töhfəmizi verməyə çalışırıq. İnanıram ki, “Hədəf”imiz artıq bu istiqamətdə öz sözünü deyib və gələcəkdə də deyəcək”.

 

… “Hədəf”də hazırlıq keçmiş və yüksək balla (612 bal) Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş Mingəçevir Texniki Humanitar Liseyinin iki şagirdi – iki bacı Hacıyeva Kəmalə və Təranə ilə də həmsöhbət olduq. Onlar da “Hədəf”in işindən razılıqla danışdılar. Üstəlik, əlavə etdilər: “Hədəf”i seçən öz məqsədinə -hədəfinə çatar. Odu ki deyirik: “Hədəfinizə “Hədəf”lə irəliləyin!”

Esmira Hidayətova