Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir. Fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (QMi) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər. Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır. QMİ-dən xəbəri təsdiqləyiblər. APA
Son xəbərlər
Mingəçevirdə “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə Şuşa ili əlaqədar geniş konsert proqramı təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın...