Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib. Müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib. Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir. apa
Son xəbərlər
Ermənistanın mina terroru
Gözəgörünməz ölüm
Postmüharibə dövründə azad edilmiş ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv bərpa-quruculuq işlərinə başlanılıb və bu gün də sürətlə davam etdirilir....