Gürcüstan vətəndaşları Rusiyanı təhlükə mənbəyi hesab edirlər

356

ABŞ Milli Demokratiya İnstitutu əməkdaşlarının araşdırmalarına görə, rəyi soruşulan Gürcüstan vətəndaşlarının əksəriyyyəti ölkələrinə ən böyük təhlükənin Rusiyadan gəldiyi qənaətindədirlər. “Yeniavaz”a görə, rəyi soruşulanların çoxu, 63 faizi Rusiyanı Gürcüstanın ən böyük düşməni hesab edir. Rəyi soruşulanların 6 faizi Türkiyə, 5 faizi Amerika, 1 faizi isə Ermənistan və İrandan Gürcüstana təhlükə gələ biləcəyi qənaətindədir. Milli Demokratiya İnstitunun gürcülər arasında hansı ölkə Gürcüstanın təhlükəsizliyini təmin edə bilər sualına isə cavab birmənalı olmayıb. Rəyi soruşulanların 35 faizi ABŞ-ın,12 faizi Gürcüstanın özünün,10 faizi Rusiyanın, 2 faizi Azərbaycanın, 1 faizi Türkiyənin, Almaniyanın və Fransanın Gürcüstanın təhlükəsiliyini təmin edə biləcəyini bildiriblər. Qeyd edək ki, rəy sorğusu 7-28 aprel arasında 2493 Gürcüstan vətəndaşı arasında keçirilib.