Gürcüstan seçkilərin yekun nəticələrini açıqlayıb

0
462

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100% səslər hesablanıb. apa-nın xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib.