“Göz təzyiqi” korluğa səbəb ola bilər

Xalq arasında “göz təziqi” və ya “qara su” olaraq adlandırılan göz xəstəlikləri əsasən 40 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur.
 Bu xəstəlik tədricən və xroniki şəkildə inkişaf edir. Mütəxəssislərin fikrinə görə, “göz qlakoma”sı xəstəliyi olan insanlarda görmə dairəsi  yavaş-yavaş azaldığından bir müddət gözlərinin zəiflədiyini anlamırlar. Bu səbəblə xəstələrə gec diaqnoz qoyulur və görmə sinirlərində bərpası mümkün olmayan fəsadlara yol açır. Qlakoma səbəbi ilə sinirlərə dəymiş zərərin bərpa etmək və korluğun qarşısını  alınmaq üçün xəstəliyə erkən diaqnoz qoyularaq müalicə etmək  əsasdır. Erkən müalicə ilə qalıcı korluğun qarşısını almaq mümkündür. Bunun üçün müntəzəm olaraq göz həkiminin müayinəsindən keçmək mütləqdir. Göz təziqi xəstəliyi insanda hər yaşda ola bilər. Bundan başqa ailəsində “qlakoma” xəstəliyi olanlarda, şəkər xəstələrində, travma almış insanlarda bu xəstəliyə yoluxma riski daha böyükdür. Qeyd edək ki, xəstəliyin dərmanla, lazerlə və cərrahi yolla müalicəsi mümkündür.