Goranboyun qəribə işıqforları

559

Artıq 7 ilə yaxındır ki, Goranboy şəhərindəki beş yolun kəsişməsində yeni tipli elektron işıqforlar quraşdırılıb. Amma onlardan ikisi (Heydər Əliyev prospektində Rayon İcra hakimiyyətinin və Telekommunikasiya Qovşağının yanındakılar) bir qəribəliyi ilə diqqəti cəlb edir. Bu qəribəlik də ondan ibarətdir ki, həmin işıqforların aşağı hissələrindəki saniyə göstəricisi həmişə qırmızı rəngdə yanır. Halbuki müasir tipli işıqforlarda saniyə göstəricisi işıqforun yanan işığına uyğun rəngdə yəni; yaşılda yaşıl, qırmızıda qırmızı olur. Lakin Goranboydakı işıqforlarda yaşılda da, qırmızıda da saniyə göstəricisi qırmızı olur.

Şəhər sakinləri bu elektron işıqforların “ərköyünlüklərinə” bələd olduqları üçün avtomobili idarə edəndə heç bir çətinlik çəkmirlər. Ancaq onlar qonaqları bəzən çaşdırır.

Esmira Hidayətova