Goranboylu arıçı 2-3 ana arının bir yeşikdə fəaliyyətini təmin edib

507

Goranboylu arıçı ölkədə bir ilk reallaşdırıb. Asif Kərimov bir arı ailəsində 2 və daha çox ana arının bir yerdə olmasını təmin edib. Atasının 57 il öncə tətbiq etdiyi üsulu o, öz arı təsərrüfatında yaradıb. Arıçı bunun üçün xüsusi “ana keçməz” adlandırdığı “setka”lar vasitəsi ilə mərtəbələri ayırıb. Həmin yeşikdə işçi arılar mərtəbələrə keçəsələr də, analar üçün bu mümkünsüz edilib. Həmçinin onların qoxuları da eyniləşdirildikdən sonra 2-3 ana arının bir yeşikdə birgə fəaliyyəti mümkün olub. Arıçı Asif Kərimov bildirib ki, daha keyfiyyətli bal əldə etmək və hər yeşikdən yüksək məhsul əldə etmək üçün atılan addım bəhrəsini verib.

Asif Kərimovun sözlərinə görə, yeni sistem tətbiq edilən yeşiklərdən əvvəl 10 kq bal əldə edilirdisə, bu rəqəm 50-60 kiloqrma çatıb. Goranboylu arıçı ehtiyyat ana arıların bəslənməsini də həyata keçirir. Hazırlanan xüsusi yeşiklərdə bu cür arılar saxlanılır.

Asif Kərimov xarici ölkələrdən gələn arıçıların da bu üsulun yüksək nəticə verəcəyini bildirdiyini deyir. Arıçı yeni yaratdığı sistemi ilə arı ailəsinin sayını artırmaq fikrindədir.

Esmira Hidayətova, Mingəçevir