Görəsən, bu bankın özbaşınalığına nə vaxt son qoyulacaq?”

466

Mingəçevir şəhər sakini (N.Rəfibəyli küçəsi ev 13\1, mənzil 24)-ün sahibi Səfərov Sadiq Abuş oğlu bizimlə söhbətində  Access Bankın Mingəçevir filialının növbəti qurbanı olduğunu bildirib.

Sadiq kişinin sözlərinə görə, o, 2012-ci ildə qonşusu Salamov Yalçın Otello oğlu Access Bankın Mingəçevir filialından kredit götürəndə zamin durub: “Yalçın götürdüyü bu krediti 2014-cü ildə ödəyib qurtarıb. Amma yenidən bankın əməkdaşları Yalçına zəng edib bildirib ki,siz bizim bankın yaxşı, nümunəvi müştərisi olduğunuza görə yenidən sizə kredit rəsmiləşdirə bilərik. O, da bir müddət keçdikdən sonra öz adına 6 min məbləğində kredit götürüb. Amma mən bu dəfə ona zamin durmadım. Yəni bu məsələdən heç xəbərim də olmayıb. Bu yaxınlarda evimə bankdan bildirişlər gələndə bundan hali oldum. Access Bankın Mingəçevir filialı Yalçına növbəti krediti verəndə icazəm, imzam olmadan məni zamin kimi göstərib. Axı bu nə qədər doğrudur? Yalçın sonradan alığı kreditini ödəyə bilməyib. Bu səbəbdən indi mənə məhkəmədən, icra bölməsindən məktublar gəlməkdə davam edir. Artıq ailəmdə bununla bağlı münaqişələr də yaranıb. Yalçın da deyir ki, bəs krediti mənə dollarla rəsmiləşdirib manatla veriblər. Ona görə də o aldığı 6 min manatı ödəməkdən boyun qaçırıb. Görəsən, bu banın özbaşınalığına nə vaxt son qoyulacaq?”

Esmira Hidayətova, Mingəçevir.