“Görəndə ki, polislər əllərində gül dəstəsi ilə mənə tərəfə gəlirlər, çox sevindim”

793

Mingəçevir şəhər Polis Şöbəsi  Dövlət Yol Polisi bölməsi qadın sürücüləri ilə bağlı reyd keçiriblər. Amma bu reyd fərqli olub. Belə ki, reyd zamanı qadın sürücülərinə gül hədiyyə ediblər.

MPŞ Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik- leytenantı Bəlyar Bəşirli məlumat verərək bildirib ki, bu günkü reydin məqsədi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın sürücülərimizi təbrik etmək, eyni zamanda yol hərəkəti qaydaları pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirməkdir: “Reyd zamanı bu gün bir neçə qadın qayda pozuntusuna görə yox, onların bayramını təbrik etmək üçün tərəfimizdən saxlanılıb. Onlara izah olunub ki, heç bir qayda pozuntusuna görə cərimə olunmursuz. Onu da bildirim ki, kişi sürücülərindən daha çox qadın sürücüləri məsuliyyətli olurlar. Fürsətdən istifadə edib qadınlarımızı bayram münasibəti ilə bir daha ürəkdən təbrik edirəm”.

MŞP yol-patrul xidmətinin inspektoru, polis baş serjantı  Cəlil Əzimov qadın sürücülərə çiçək dəstələri təqdim edib. Eyni zamanda qadın sürücülərindən – Məsimova Vüsalə xanım bu təbrikdən çox mənnun qaldığını bildirərək qeyd edib ki, bu gün bayram münasibəti ilə məni heç kim təbrik etməmişdi. Buna görə şəhərimizin pols bölməsininə əməkdaşlarına sağ olun deyirəm.

Şəhər sakini  – sürücü Aksana Demidova isə hec bir vaxt qayda pozuntusu ilə saxlanılmadığını bildirib: “Bu gün polis mənə “saxla” nişanı verəndə təəccübləndim. Axı mən qayda pozuntusuna yol verməmişəm. Görəndə ki, onlar əllərində gül dəstəsi ilə mənə tərəfə gəlirlər, çox sevindim”.

Esmira Hidayətova, Mingəçevir.

.