“Gömrük rüsumlarının artırılması nəzərdə tutulub”

605

Dövlət Gömrük Komitəsi (DGK) gömrük siyasəti ilə bağlı bəzi qanunvericilik aktlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət edib. Bunlardan birincisi bəzi gömrük rüsumlarının dəyişdirilməsi ilə bağlıdır. Bunu jurnalistlərə açıqlamasında DGK-nin sədri Aydın Əliyev deyib. A.Əliyevin sözlərinə görə, daxili istehsalı stimullaşdırmaq və yerli istehsalçıları qorumaq məqsədi ilə gömrük rüsumlarının artırılması nəzərdə tutulub.

DGK-nın sədri Aydın Əliyev deyib ki, Gömrük Komitəsi beynəlxalq poçt göndərişləri vasitəsilə malların rüsumsuz idxalı üzrə limiti azaltmağı təklif edir. Qeyd edək ki, fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədi vasitəsilə güzəştli və sadələşdirilmiş keçirilməsi haqqında” qaydalara əsasən, əgər 30 gün ərzində eyni fiziki şəxsin adına beynəlxalq poçt bildiriş və ya nəqliyyat şirkəti vasitislə min dollardan baha olmayan mal daxil olursa, gömrük rüsumunun ödənişi nəzərdə tutulmur. A.Əliyev qeyd edib ki, bu, poçt göndərişləri üçün olduqca yüksək məbləğdir: “Ötən ilin ilk 9 ayında poçt göndərişləri vasitəsilə Azərbaycana təqribən 2,5 min ton mal göndərilib. Onun cəmi 2,4 tonu bəyan edilib. Bu, dövlət büdcəsinə gömrük daxil olmalarına real zərərdir”.

O əlavə edib ki, idxal edilən malların böyük hissəsi mobil telefonların payına düşür: “Ötən il ölkəyə idxal edilmiş hər 10 telefondan biri telefon tədarükçüləri tərəfindən gətirilib. Nəticədə hər il böyük zərərlə üzləşirik”.

Komitə sədri: “İdxal 5 milyard dollardan çox olacaq”

Komitə sədrinin müavini: “İdxal 5 milyard dollardan çox olmayacaq”

“Əgər əvvəllər mallar satış zamanı ƏDV-yə cəlb edilirdisə, yanvarın 1-dən etibarən mallar idxal zamanı ƏDV-yə cəlb edilir”. “Bunu isə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib. S.Mehdiyev Gömrük Komitəsinin büdcə daxilolmaları ilə bağlı öhdəliyinin artırılacağını istisna etməyib: “Danışıqlar gedir. Ola bilər ki, Komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur”.

Azərbaycanın 2016-cı il üçün idxal əməliyyatlarının həcmi ilkin olaraq 9 milyard dollar proqnozlaşdırılsa da, real olaraq bu göstəricinin 5 milyard dollardan artıq olmayacağı gözlənilir.

deyən Səfər Mehdiyev bildirib ki, yanvar ayının rəqəmlərinə baxanda görürük ki, idxal 65-70% azalıb. Ona görə də hesab edirəm ki, real idxal bu il 5 milyard dollardan çox olmayacaq”.

Komitənin sədri Aydın Əliyev isə deyib ki, idxalın 5 milyard dollardan çox olacağını düşünür: “İnvestisiya yönümlü istehsal yerlərinin açılması ilə əlaqədar ölkəyə gətiriləcək maşınlara görə idxalın həcmi arta bilər. Çünki bu, ölkə başçısı tərəfindən sahibkarlara edilən böyük jestdir”.

Qeyd edək ki, ötən il idxalın həcmi 9,2 milyard dollar olub.

Komitə “4 milyard dollar kredit” söhbətini təkzib edib

Dövlət Gömrük Komitəsi (DGK) dünən qurum rəhbərliyinin keçirdiyi mətbuat konfransında komitə sədrinin birinci müavini Səfər Mehdiyevin suallardan birinə verdiyi cavabla bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, DGK rəhbərliyinin mətbuat konfransında Səfər Mehdiyev suallardan birini cavablandırarkən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılması ilə bağlı yalnız mətbuatda yayılan informasiyalardan söhbət açıb: “Bu fikir bir sıra kütləvi informasiya vasitələrində yanlış anlaşılıb”. Qeyd edək ki, bəzi KİV bu gün S. Mehdiyevin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayıracağını təsdiqlədiyini yazıb. Komitə isə bildirib ki, S. Mehdiyev bu barədə informasiyanın mətbuatda yayıldığını qeyd edib.