“Gent” “Qarabağ”a rəqib oldu

35

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda “Gent” (Belçika) ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da baş tutacaq. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.

 

UEFA Konfrans Liqası, pley-off mərhələsi

“Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika)

“Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə)

“Latsio” (İtaliya) – “CFR Kluj” (Rumıniya)

“Budo Qlimt” (Norveç) – “Lex” (Polşa)

“Braqa” (Portuqaliya) – “Fiorentina” (İtaliya)

AEK (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna)

“Şerif” (Moldova) – “Partizan” (Serbiya)

“Ludoqorets” (Bolqarıstan) – “Anderlext” (Belçika)