General Yamasitanın xəzinəsi

0
490
1971-ci ildə gənc çilingər Roxemo Roxosa yapon tanışlarından biri generalın  xəzinəsinin gizlədildiyi yerlərdən birinin yerini göstərən xəritə verdi. Yapon tanışı xəritənin doğru olduğunu Roxosa söyləyərək, ona uğurlu axtarış arzuladı. Necə deyərlər, bəxt  gözlənilmədən gənc və kasıb Roxosun üzünə gülmüşdü. Roxos dərhal əlində xəritə xəzinənin yerini müəyyən etmək məqsədi ilə  axtarışa başladı. O, 7 ay ərzində ara vermədən xəritədə göstərilən yer olduğu ehtimal edilən yerləri qazaraq xəzinəni axtardı. Axtarışları əsasən general Yamasitanın ordu qərargahının yerləşdiyi ərazidə və Baqio ətrafında  davam etdirən Roxos, nəhayət, xəzinənin izinə düşə bildi.
Filippin Prezidenti Korason Akinonun general Yamasitanın qızıllarının yerini tapa bilməməsi səbəbsiz deyildi. Belə ki, qeyd etdiyimiz kimi, general xəzinəsini Filippinin 172 müxtəlif yerində gizlətmişdir. Təbii ki, onların da yerini bilənlər general tərəfindən məhv edilmişdir. Konkret olaraq, Pedroya gəlincə, onun göstərdiyi yerdə, şaxtada 40 metr dərinlikdə 140 yeşik qızıl külçənin gizlədilməsi mümkün idi. Ancaq iş orasındadır ki, həmin yerdə Akinodan öncə ölkəni idarə edən Prezident Markosun dövründə də qazıntı işləri aparılmış, generalın qızılının yeri axtarılmışdı. Buna görə də ola bilsin ki, Akino və ətrafındakılar, o cümlədən onun təhlükəsizlik məsələləri köməkçisi Sorianonun, həmçinin belə demək mümkünsə, dilinin bəlasına keçən bədbəxt Pedronun xəbəri olmayıb. Yoxsa, onlar bu qədər boş-boşuna vaxt itirməzdilər. Generalın xəzinəsinin Prezident Markos tərəfindən də axtarılması və hətta onun bu xəzinənin bir hissəsini tapması xeyli sonralar məlum oldu…

Çilingər və Buddanın qızıl heykəli

General Yamasitanın qarət etdiyi milyardlarla dollar dəyərində xəzinəni Filippinin müxtəlif yerlərində gizlətməsi yerli əhaliyə də məlum idi. Ona görə də II Dünya müharibəsindən sonra minlərlə filippinli genralın xəzinəsini axtarmaq üçün axtarışa çıxmışdı. Üstündən illər ötsə də, xəzinə axtarışı Filippində səngimək bilmirdi. 1971-ci ildə gənc çilingər Roxemo Roxosa yapon tanışlarından biri generalın xəzinəsinin gizlədildiyi yerlərdən birinin yerini göstərən xəritə verdi. Yapon tanışı xəritənin doğru olduğunu Roxosa söyləyərək, ona uğurlu axtarış arzuladı. Necə deyərlər, bəxt  gözlənilmədən gənc və kasıb Roxosun üzünə gülmüşdü. Roxos dərhal əlində xəritə xəzinənin yerini müəyyən etmək məqsədi ilə  axtarışa başladı. O, 7 ay ərzində ara vermədən xəritədə göstərilən yer olduğu ehtimal edilən yerləri qazaraq xəzinəni axtardı. Axtarışları əsasən general Yamasitanın ordu qərargahının yerləşdiyi ərazidə və Baqio ətrafında  davam etdirən Roxos, nəhayət, xəzinənin izinə düşə bildi. O, qərargah ətrafında qazıntı apararkən çoxlu sayda qədim yapon qızıl manatları, qızıl külçələr və ağırlığı təxminən bir ton olan Buddanın qızıl heykəlini tapdı. Onun tapıntıları dərhal ölkədə çıxan bütün qəzetlərin ana xəbərinə çevrildi. Roxosun Yamasitanın qızıllarının izinə düşməsi xəbəri həmin dövrdə ölkəni idarə edən  Prezident Markosa da çatdı. Markos özü də general Yamasitanın xəzinəsinin  yerini axtarırdı və bunun üçün xüsusi axtarış qrupu yaratmış və hətta bəzi yerlərdə xəzinənin müəyyən hissəsini aşkar edə bilmişdi. Ona görə də gənc və kasıb çilingər Roxosun gözlənilmədən Yamasitanın xəzinəsinin bir hissəsini tapması ölkə prezidneti tərəfindən əsəbiliklə qarşılanmışdı. Markos dərhal müvafiq qurumlara məsələni araşdırması və Roxos tərəfindən tapılan xəzinənin müsadirə edilməsi barədə göstəriş verdi. 1971-ci il aprel ayının əvvəllərində səhər Baqio şəhər polis idarəsi şefinin rəhbərliyi altında bir qrup əlisilahlı polis Roxosun evinə daxil oldu. Onlar Roxosa evində axtarış aparılacağı barədə order təqdim etdilər. Roxos maliyyə pozuntularında, həmçinin qanunsuz silah saxlamaqda və digər qanun pozuntularında günahlandırıldı. Polis evdə axtarış zamanı Roxos tərəfindən aparılan qazıntılar zamanı tapılan Buddanın 1 tona yaxın qızıldan tökülmüş heykəlini, həmçinin digər qiymətli əşyaları müsadirə edərək apardılar. Roxosa isə bildirdilər ki, məsələ ilə bağlı çox səs-küy qaldırsa, izsiz-soraqsız yoxa çıxacaq və ya dövləti cinayət üstündə uzunmüddətli həbs cəzasına məhkum ediləcək. Həbsxanadan isə o, çətin ki, bir də sağ çıxa bilsin. Polis həmçinin Roxosa qarşı qanunsuz qazıntı işləri aparması və tapdığı dəyərli əşyaları dövlətdən gizlətməsi barədə iddia da qaldırdı.  Bundan sonra Roxos qorxudan susmağa məcbur oldu. O, məsələ ətrafında bir daha səs-küy qaldırmağa cəsarət edə bilmədi. Amma Roxosa da tapdığı xəzinədən kifayət qədər qiymətli əşyalar qalmışdı. Polis evdə axtarış apararkən bilərəkdən və ya bilməyərəkdən Roxosun tapdığı xəzinədəki bir çox qiymətli əşyalara, o cümlədən yapon qızıl manatlarına toxunmadı və onları müsadirə etmədi. Əslində polisi daha çox Buddanın bir ton qızıldan hazırlanan heykəli maraqlandırırdı. Bu heykəl Prezident Markosun xüsusi diqqət mərkəzində idi. Məhz həmin heykəli də Roxosdan alıb, birbaşa Markosa apardılar. Ola bilsin ki, o vaxt Roxos səs-küy qaldırmasın deyə ona özünü varlı hesab edə biləcəyi qədər dəyərli əşyalar saxlamış, onları müsadirə etməmişdilər.

Roxos Markosa qarşı iddia qaldırır

Markos hakimiyyətdən getdikdən və onun haqqında cinayət işi başladıqdan xeyli sonra 1991-ci ilin yayında Roxemo  Roxosun vaxtiylə tapdığı xəzinə yenidən gündəmə gəldi. Belə ki, Manhetten Apelyasiya Məhkəməsi Filippin vətəndaşı Roxemo Roxos ( ingiliscə Rodjer Roksas) tərəfindən mərhum Prezident Markosa məxsus olan Nyu-Yorkdakı kompaniyaya qarşı qaldırılan iddiaya baxdı. Roxos bu iddiasında vaxtiylə Markos tərəfindən əlindən alınan xəzinənin əvəzinin ödənilməsini tələb edirdi. Roxosun bu idianı udması isə heç də asan görünmürdü, belə ki, qarşı tərəf də öz iddiaları ilə çıxış etdi. İş orasındadır ki, polis tərəfindən müsadirə edilən Buddanın qızıl heykəlinin və digər qiymətli əşyaların məhz Markos tərəfindən mənimsənilməsi barədə Roxosun əlində sübutedici fakt az idi. Bu qızıl heykəlin Markos tərəfindən mənimsənilməsi şübhə doğurmasa da, bunun üçün şahidlər və sübutlar lazım idi. Aydın məsələ idi ki, vaxtiylə Roxosun evində axtarış apararaq Buddanın qızıldan hazırlanan heykəli də daxil olmaqla, digər əşyaları müsadirə edən polis əməkdaşları şahid kimi ifadə verə bilməzdilər. Çünki onlar bu qiymətli tapıntıları Markosa verdiklərini  etiraf edəcəkləri halda, özləri də buna görə məsuliyyət daşımalı olacaqdılar. Ona görə də məsələ ilə bağlı məhkəmə prosesi uzun illər davam etdi…

Məhkəmənin bu qədər uzanmasının isə səbəbi qeyd etdiymiz kim, Roxosun sübutları- nın olmaması və bunun üçün şahidləri tapa bilməməsi idi. Şübhəsiz ki, Roxosun məsələ ilə bağlı haqlı olduğu və yalan danışmadığı məhkəmə orqanlarına məlum idi. Hətta keçmiş Prezidentin həyat yoldaşı belə, vaxtiylə verdiyi müsahibələrindən birində ərinin bu qədər var-dövləti dövlətdən oğurlamadığını, əksinə, xəzinə tapıntısı nəticəsində əldə etdiyini bildirmişdi.  Rəsmi şəkildə Markosun xəzinə tapması barədə məlumatların olmadığını nəzərə alanda, söhbətin keçmiş diktatorun məhz Roxosun tapdığı xəzinədən olan və ağırlığı bir tona  yaxın hesab edilən Buddanın qızıl heykəlindən getdiyini düşünmək olar. Ancaq təbii ki, eks-diktatorun həyat yoldaşının məhkəmədə şahid kimi Roxosun xeyrinə ifadə verməsi mümkünsüz idi… Məhkəmə isə illərlə davam etsə də, nəticəsiz başa çatdı. Sadəcə olaraq, məhkəmədə bir daha sübut olundu ki, general Yamasitanın xəzinəsi, həqiqətən də olub və onlar  Filippinin müxtəlif yerlərində gizlədilib.

Buldozer sürücüsünün tapıntısı

General  Yamasitanın xəzinəsinin varlığı ilə bağlı daha bir fakt 1982-ci ildə Mindianao adasında aparılan irriqasiya işləri zamanı aşkar edildi.  Belə ki, adada irriqasiya işləri aparan buldozer sürücüsü gözlənilmədən qiymətli daş-qaşa rast gəldi. Hadisə yerinə gələn hökumətin qiymətli əşyalar, o cümlədən generalın xəzinəsinin tapılması üzrə  xüsusi qrup tapıntının Yamasitanın gizlətdiyi dəfinənin bir hissəsi olduğu qənaətinə gəldi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here