“Gənclərin sosial dünyası”nın ilk təlimi keçirilib

425

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi v ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib.Layihənin rəhbəri Turqut Əlibəylidir. Təlimdə çıxış edən layihə rəhbəri T. Əlibəyli asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclərin zamanlarını faydalı qrup, səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlarını bildirib. Layihənin əsas məqsədinin gənclərdə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanması olduğunu diqqətə çatdırıb.

Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə təlimin ilk günündə sosial şəbəkələrlə bağlı məlumat verib, onlar üçün maraqlı olan sualları cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən facebook-un istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib.

Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub. Təlimdə aktivliyilə seçilən gənclər sertifikatlarla təltif olunacaqlar.  Gənclər təlimin ikinci günündə sosial mediyada xəbərlərin paylaşılması, peşəkar jurnalistlərlə əlaqə, xəbərlərin axtarışı ilə bağlı məlumat əldə edib, sosial şəbəkələrin, xüsusilə facebook, instagram, watsappın özünəməxsus təyinatını öyrəniblər. Eyni zamanda sahə üzrə təlimdə iştirak edən peşəkar jurnalist Esmira Hidayətova gənclərin sosial media, sosial jurnalistika ilə bağlı suallarını cavablandırıb.

Rəşad Qurbanov, Mingəçevir.