Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi 1 yaşını qeyd etdi

59

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin 1-ci ildönümü ilə əlaqədar hesabat konfransı keçirilib. Konfransda şəhər rəsmiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, nümayəndəliyin Gənc Könüllüləri və şəhərin aktiv gəncləri iştirak ediblər.

Konfrans istedadlı gənclərimizin sintez etdikləri musiqinin ifa olunması ilə başlayıb. Mərkəzimizin direktoru Vüsal Mahmudov konfrans iştirakçılarına bir  il ərzində həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verib. Konfransda şəhər rəsmiləri GİKM-in Mingəçevir nümayəndəliyinin gənclərin inkişafı üçün gördüyü işlərdən, əldə etdikləri nailiyyətlərdən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra qonaqlar və gənclər Mingəçevir Dövlət Dram Teatrında “Teatr klubu”nun istedadlı üzvləri tərəfindən hazırlanan “Bala başa bəla” tamaşasını izləyiblər.

Sonda əməkdaşlıq edilən şəhərin idarə və qurumları, həmçinin gənclər müxtəlif nominasiyalar üzrə təltif edilib.

Bu illər ərzində fəaliyyətlərini işıqlandıran “Mingəçevir işıqları”qəzeti, ”Alpaninfo.com” portalı mərkəz tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir