Gənc güləşçilərimizin uğuru

0
446

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənclər arasında güləş üzrə dünya çempionatının ilk günündə millimiz üç qızıl medal qazanıb.
İbrahim Nurullayev (50 kq) və Elman Muxtarovun (60 kq) uğuru komandamıza ikiqat sevinc bəxş edib. Belə ki, İbrahim Nurullayev ilk görüşündə, Elman Muxtarov isə final qarşılaşmasında ermənistanlı rəqibləri üzərində inamlı qələbə qazanıblar.
Final qarşılaşmasından sonra güləşçilərimiz qazanılan bu qələbəni şəhid hərbçilərimizin xatirəsinə ithaf etdiklərini bildiriblər. “Biz bu gün üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də ermənilərə heç bir şans vermədən qələbə qazandıq. Hamımız dövlətimizin başçısı, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin əsgərləriyik. Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq” – deyə idmançılarımız vurğulayıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here