Gəncədə dovğa festivalı keçirilib

0
321

Azərbaycan mətbəxi ayrı-ayrı bölgələrin mətbəx təamları ilə zənginləşib, dünyada şöhrət qazanıb. Ümumi süfrə mədəniyyətimizə hər bir bölgə öz yeməyi ilə töhfəsini verib. “Yeniavaz” xəbər verir ki, Gəncədə keçirilən ilk dovğa festivalında şəhərin müxtəlif restoranlarının aşpazları bişirdikləri dovğanı təqdim ediblər.

Gəncədə Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilən ilk dovğa festivalına şəhərin müxtəlif restoranlarının aşbazları qatılıblar. Bulvarda təşkil olunan tədbirdə aşpazlar məşhur Gəncə dovğasını özlərinə məxsus üsullarla hazırlayıblar. Əsasən kənd təssərrüfatı məhsullarından hazırlalan bu dovğaların tərkibi eyni olsa da dadı müxtəlifdir. Fərqli dad verən isə müxtəlif növ göyərtilərdən istifadə və fərdi aşpazlıq xüsusiyyətləridir. Festivalın keçirilməsində məqsəd milli mətbəximizi qorumaq, təbliğ etmək, yeni nəsillərə öyrətmək olub.

İlk dovğa festival iştirakçılar arasında böyük coşğuya səbəb olub. Xüsusilə, gənclər bu əvəzsiz nemətin hazırlanmasına daha çox maraq göstəriblər. Festivalda hazırladıqları dovğanın yüksək keyfiyyəti ilə fərqlənən aşpazlara Bulvar İdarəsinin diplomu və xatirə hədiyyələri təqdim olunub. Belə festivalların təşkili ayrı-ayrı bölgələrin zəngin mətbəx təamlarının tanıdılması baxımından böyük önəm daşıyır.

Vüqar Nəbiyev, Gəncə