Gəncə “Unuda bilmirəm”lə mövsümü başa vuracaq

580

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı 119-cu teatr mövsümünə yekunlaşdırmağa hazırlaşır.  Teatrın direktoru Əli Qasımov deyib ki, 2014-cü il teatr mövsümü Gəncə aktyorları üçün uğurlu olub. Kollektiv bir neçə xarici ölkəyə, o cümlədən Amerika Birləşmiş Ştatlarına, eləcə də qardaş Türkiyəyə uğurlu qastrol səfərləri edib, Azərbaycan mədəniyyətinin təbliği sahəsində xeyli iş görüb.
Yaradıcı kollektiv 119-cu teatr mövsümünün yekun tamaşasında Xalq Artisti Vaqif Şərifovun rejissorluğu ilə Xalq Yazıçısı İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasını göstərəcəkdir.