Gələn həftə üçtərəfli görüş keçiriləcək

61

Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a açıqlamasında deyib:

“Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq”.