Füzuli və Cəbrayılın işğalından 23 il ötür

0
399

Avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü tamam olur. Qeyd edək ki, 1993-cü il avqustun 23-də işğal olunan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.  Ərazisi 1386 kvadratkilometrdir. İşğala qədər rayonda 1 şəhər, 1 şəhərtipli qəsəbə, 75 kənd olub. İndi onların bir qismi işğal altındadır, bir qismi isə işğaldan azad edilib.  Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 50 min nəfərdən çox məcburi köçkün məskunlaşıb.

Ermənilərin Füzuli və Cəbrayıl rayonlarının ərazilərini işğal etməsi Azərbaycana milyardlarla dollar ziyan vurub. Təkcə Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. Qeyd edək ki, Cəbrayıldan olan 60 mindən çox məcburi köçkün respublikamızın 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.