Futzalçılarımız Kolumbiyaya vəsiqə qazandılar

474

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off matçları keçirilib. Sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək mundiala 7 vəsiqənin sahibi bəlli olub.

Azərbaycan millisi öz meydanında Hollandiya ilə qarşılaşıb. Səfərdə 5:1 hesablı qələbə qazanan Tino Peresin yetirmələri Bakı İdman Sarayında rəqibi ilə 4:4 hesablı bərabərə qalaraq, ilki gerçəkləşdirib.

İlk matçdakı böyükhesablı qələbənin də verdiyi rahatlıqla meydana çıxan millimiz dramatik keçən oyundan sonra iki qarşılaşmanın nəticəsinə görə mundiala gedən tərəf olub.

Tarixində heç vaxt dünya çempionatında oynamayan millimiz Kolumbiyaya vəsiqə qazanıb və ilk dəfə azarkeşlərinə dünya çempionatı sevinci bəxş edib.

DÇ-2016-nın pley-off mərhələsi
Cavab oyunu
12 aprel

Azərbaycan – Hollandiya – 4:4
Qollar: Rizvan Fərzəliyev, 11, Amadeu, 14, Eduardo, 20, Rafael, 26 – Ceyar, 13, Velseober, 16, Musaui, 26, Attaibi, 28

Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
UEFA nümayəndəsi: Cristian Vomicu (Rumıniya)
Hakim-inspektor: Antonio Jose Fernando Cardoso (Portuqaliya)
Bakı İdman Sarayı
İlk oyun – 5:1

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 9. Auqusto, 10. Amadeu, 15. Rafael
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 4. Ramiz Çovdarov, 5. Fineo, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev (kap.), 11. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 17. İsa Atayev
Baş məşqçi: Tino Peres

Hollandiya: 1 van Maasbommel(GK) 3 El Ghannouti 4 Ceyar 8 El Morabiti(C) 14 Darri
Ehtiyat oyunçular: 12 Kuyk(GK) 2 St Juste 5 Bouzambou 6 Mossaoui 7 Amrani 9 Velseboer 10 Attaibi 11 Molkarai 13 Beslija
Baş məşqçi: Marsel Losveld