Futzal yığmamız əsas seçmə mərhələyə qələbə ilə başlayıb

42

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib. Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının hesablı 4:3 qələbəsi ilə başa çatıb.

Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb. 3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib. 17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb. 25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.

Dünya çempionatı, seçmə mərhələ

7 oktyabr

Azərbaycan – Polşa  (2:1) 4:3

DÇ-2024-ün əsas mərhələsi, 6-cı qrup

7 oktyabr. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)

Timekeeper: Rza Məmmədov (Azərbaycan)

Hakim-inspektor: Sven Eikler (Almaniya)

UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)

Qollar: Xətai Bağırov, 9:59, Rafael Vilela, 16:38, 23:08, Tyaqo Bolinya, 33:31 // Mateus Mroviç, 6:06, Sebastian Leszczak, 24:24, Kamil Surmiak, 26:39

Sarı vərəqələr: Amir Şocaei, 24:21 // Pauel Kanevski, 34:31

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.