Futzal üzrə Azərbaycan millisi İspaniya yığması ilə heç-heçə edib

112

Yanvarın 26-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.

Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.

İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.

Qrupun digər oyununda isə Gürcüstan millisi Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinanı məğlub edib – 5:1.

Millimiz qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

Hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb. Yeddiqat Avropa çempionu olan İspaniya seçməsi 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində isə xal yoxdur.