Formasına “cib” tikənlər…

0
488

Bir zamanlar göstərdikəri oyunla azarkeşlərin könlünü oxşayan. Sonra da sayrışan bir ulduz kimi yox olan futbolçular az deyil. Bu futbolçuların əksəriyyəti yüksək məbləğ qarşılığında tanınmamış klubların formasını “tərlədiblər”. Qeyd edim ki, bu futbolçular müəyyən bir yaşdan sonra Avropa liqalarını tərk etmişdilər. Bu futbolçuların çoxu isə Amerika və Asiya qitələrinə üz tutmuşdular…

Pele – Heç bir zaman Avropa klublarında oynamasa da hamı gözləyirdi ki, o karyerasını futbola başladığı “Santos” klubunda bitirəcək. Lakin o da yüksək məbləğli təklifə yox deyə bilmədi və 1975-ci ildə “Nyu-York Kosmos” klubuna keçdi.

Gorc Best – “Mançester Yunayted”dəki uğurlarından havalanaraq ulduz xəstəliyinə tutulan Best nə etdisə də əvvəlki günlərinə dönə bilmədi. O bir an öncə özünü bir daha sübut etmək üçün yeni klubuna keçmək istəyirdi. Bu fürsəti ona “Nyu-York Kosmos” klubu yaratdı və Best 1977-ci ildə Amerkiya getdi.

Yohan Kroyf – Hollandiya millisin əfsanəvi futbolçusu karyerası boyunca bir çox nüfuzlu klubların formasını tərlətmişdi. Bunlara misal olaraq “Ayaks”, “Feynord”, “Barselona”nı nümunə göstərmək olar. Amma “sarı siçan” 1979-cu ildə gözlənilməz bir qərar alaraq “Nyu-York Kosmos” klubuna keçdi.

Gerd Müller – 15 il “Bavariya”nın hücum xəttində ən vacib silahı olan “cənab 13” 1979-cü ildə ABŞ-ın “Strikers” klubuna transfer olmuşdu.

Frans Bekenbauyer – Doğma klubu “Bavariya”da 12 il forma geydikdən sonra o da yuraxıdakılar kimi yüksək transfer məbləği ilə ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçdi.

Eysebio – Portuqaliyanin Kristiano Ronaldoya qədər ən qiymətli futbolçularında biri olan Eysebio ani bir qərarla doğma klubu “Benfika”dan ayrılması həmin dövrün gündəminə oturmuşdu. O isə doğma klubunu ABŞ-ın “Boston Minutemen” klubuna dəyişmişdi.

Roberto Donadoni – “Milan” klubunun şərəfini qoruyan İtaliya millisinin veteran üzvü 1996-ci ildə ABŞ-ın digər varlı klubu “Metro Star”a transfer olmuşdu. Sonralar Doni “İttihad” klubunda da oynamışdı.

David Terezeqe – Fransa millisinin sabiq hücumçusu “Monako”, “Yuventus” kimi klublarda oynamasına baxmayaraq karyerasının sonunda Hindistanın “Pan Siti” klubun şərəfini qormuşdu.

Qabriel Batistuta – Bir zamanlar “Roma”da tər tökən argentinalı futbolçu “Boka Junyors”, “İnter”, “Fiorentina” kimi klublarda oynamasını rəğrəm karyerasını Qətərin “Əl-hərbi” klubunda başa vurmuşdu.

Alessandro Del Piero – “Yuventus” klubun məşhur 10 nömrəsi karyerasının sonunda yaşıl qitəyə üz tutmuşdur. Avstraliyanın “Sidney” klubnun 2 il formasını tərlədən italyan hal-hazırda Hindistanın “Dehli Dinamo” klubunun şərəfini qoruyur.

David Villa – Karyerasında böyük uğurları olan və “Valensiya”, “Barselona”, “Atletiko Madrid” klublarının uğurları üçün çalışan ispan hücümçü 2014-cü ildə “Nyu-York Siti” klubuna transfer olunub. Hal-hazırda Villa icarə əsasinda Avstriyanın “Melburun” klubunda top qovmaqdadır.

Raul – “Real Madrid”in sağlığında ikən əfsanələşən məşhur 7 nömrəsi 2012-ci ildə “Şalke 04”dən Qətərin “Əl-sədd” klubuna transfer olmuşdu. İspan futbolçu indi “Nyu-York Kosmos” klubunun uğurları üçün çalışır.

Anri – “Yuventus”, “Arsenal”, “Barselona” kimi klubların uğurların üçün tər tökən fransız 2010-cü ildə böyük məbləğin müqabilində ABŞ-ın “Nyu-York Red Bul” klubuna transfer olunmuşdu.

Villiam Qallas – Fransız müdafiəçi 2013-cü ildə “Totenhem”dən Avstraliyanın “Pert Qlori” klubuna transfer olmuşdu. Buna kimi o, “Olimpik Marsel”, “Çelsi”, “Arsenal” kimi dünyaca məşhur klubları müdafiə etmişdi.

Fernando Hierro – Bir zamanlar “Real Madrid”in kapitanlığını edən futbolçu 14 il sonra Qətərin “Əl-rayyan” klubuna keçmişdi.

Dieqo Forlan – İndi bu hardadır deyə biləcəyimiz futbolçulardan olan Fornlan Avropadakı uğurlu çıxışın davamında 2014-cü ildə Yoponiyanın “Kerezo Osaka” klubuna transfer oldu. İndi isə ölkəsi Uruqvayın “Panarol” klubun şərəfini qorumaqdadır. Bunlara kimi o, “Mançester Siti”, “Villereal”, “Atletiko Madrid” və “İnter” kimi klublarda oynamışdı.

Juninyo Permanbukano – 9 il “Lion”da oynadı və 7 liqa çempionluğu gördü. Cərimə zərbələrinin mahir ifaçısı 2009-da Qətərin “Əl-qarafa” klubuna, ordan da 2011-ci ildə “Nyu-York Red Bul” klubuna transfer olmuşdu.

Robbi Kin – “Seltik”, “İnter”, “Totenhem”, “Liverpul”da top qovan, xüsusən də “Totenhem”dəki oyunu ilə milyonların sevgisini qazanan irland 2011-ci ildə “Los-Angles Qalaksi” klubuna keçir.

Mario Jardel – Ölkəmizdə “Qalatasaray”da bir mövsümdə göstərdiyi məhsuldar oyunu ilə sevilən Jardel böyük məbləğə yox deyə bilməmiş Avstraliyanın “Nyukasl Jet” klubuna transfer olunmuşdu.

Devid Bekham – “Mançester Yunayted”də ulduzu parlayan, sonralar Perezin “Qalaktika”sının bir hissəsi olan Bekham sonralar bir başqa “Qalaktika”da oynadı. Yüksək məbləğın qarşılığında “Real Madrid”dən “Los Angles Qalaksi” klubuna keçmişdi.

Cibril Sisse – Liverpuldakı oyunu və vurduğu qollarla yaddaşımızda qalan Sisse “QPR”-dən yüksək məbləğlə Qətərin “Əl-Qarafa” klubuna transfer olmuşdu. Bu transferlə həm klub, həm də futbolçu xeyli qazanmışdı. Futbolçu indi “Bastia” klubunda top qovur.

Alessandro Nesta – “Latsio”, “Milan” və İtaliya millisinin ən vacib müdafiəçisi olan Nesta 2012-ci ildə Kanadanın “Montreal” klubuna transfer olmuşdu. Qeyd üçün deyim ki, Nesta artıq karyerasını başa vurub.

Kanute – Mali millisinin sabiq hücumçusu bir zamanlar “Seviliya”da sərgilədiyi oyunla bir çoxlarının rəğbətini qazanmışdı. Lakin o da karyerasının sonlarında Avropanı tərk edərək Asiyaya üz tutdu. 2012-ci ildə Çinin “Pekin Xuan” klubuna transefer olan futbolçu hələ də karyerasını davam etdirir.

Torsten Frinqs – Kareyasında “Bavariya”, “Borusiya Dortmunt”, “Verder Bremen” kimi klublarda top qovan yarım-müdafiəçi futboldakl son illərini Kanadanın “Toronto” klubunda keçirmişdi.

Luka Toni – İtaliya Seriya A-da “Fiorentina” forması ilə bombardir olan Toni sonralar “Bavariya”, “Yuventus” kimi klublarda forma geyinmişdi. O Avropanı 2012-ci ildə tərk etmişdi. Buna vəsilə olan klub isə BƏƏ-nin “ƏL-Nəsr” klubu idi. Toni daha sonra doğma klubu “Fiorentina”ya qayıtmışdı. İndi isə karyerasını “Verona”da davam etdirir.