Fiziki şəxslərin gəlir vergisi dəyişdirilir

0
705

“Hazırda fiziki şəxsin əsas iş yerində aylıq gəliri 250 manatadək olduqda, bu gəlirin 140 manatı (yaşayış minimumunun bir misli) gəlirvergisindən azaddır. Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra aylıq gəliri 2500 manatadək olanların da eyni qaydada, yəni gəlirlərinin 140 manatı gəlir vergisindən azad olacaq”.

Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirələrdə iştirak edən vergilər naziri Fazil Məmmədov bildirib ki, Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək: “Dəyişikliyə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 min manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur”.

Qeyd edək ki, hazırda olan qaydaya əsasən, fiziki şəxsin əsas iş yerində aylıq gəliri 250 manatadək olduqda, əməkqabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, illik gəliri 3 min manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli qədər olan hissəsi gəlir vergisindən azaddır.

Vergilər naziri həmçinin qeyd edib ki, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur. Onun sözlərinə görə, dəyişikliyə əsasən, hüquqpozmalarına görə təqvim ili ərzində hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdusa, dəyişikliyə əsasən, bu məbləğ 2000 manat olacaq: “Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğində qədər qaldırılması təklif olunur”.

Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqi nəzərdə tutulur. Dəyişikliyə əsasən, sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə 8%-i səviyyəsində etmək təklif olunur.

Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur. Bunu vergilər naziri Fazil Məmmədov dünən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən hüquqpozmalarına görə təqvim ili ərzində hüquqpozulmasına birinci dəfə yol verildikdə, 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa dəyişikliyə əsasən bu məbləğ 2000 manat olacaq. “Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatdək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğində qədər qaldılılması təklif olunur”.

Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqini nəzərdə tutulur.

Nazir F.Məmmdov bildirib ki, üç ildi idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idilər ki, bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və 3 ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib: “Buna görə də hazırki iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq”

Dəyişikliyə əsasən sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə 8%-i səviyyəsində etmək təklif olunur.

Fiziki şəxslərin gəlir vergisində dəyişiklik ediləcək

Vergilər naziri Fazil Məmmədov həmçinin deyib ki, Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

Onun sözlərinə görə, dəyişikliyə əsasən fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur.

Qeyd edək ki hazırda olan qaydaya əsasən fiziki şəxsin əsas iş yerində aylıq gəliri 250 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, illik gəliri 3 min manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli qədər olan hissəsi gəlir vergisindən azaddır.