Finalda “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək

438

Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib. Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.

Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.

 

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

 

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
“Qarabağ” – “Neftçi” – 0:0

 

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 33. Boban Baykoviç, 8. Zdenek Folprext, 11. İqnasio Errera Fernandes, 12. Daniel Seqovia, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 80. Edson Kastilya
Baş məşqçi: Elxan Abdullayev

 

 

“Qəbələ” – “İnter” – 2:0

Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu

İlk oyun – 3:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov (k), 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 20. Rikardinyo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 31. Daniel Subotiç, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk

“İnter”: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 24. Fuad Bayramov (k), 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 88. Məmməd Quliyev, 2. Sertan Taşkın, 8. Nizami Hacıyev, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli
Baş məşqçi: Zaur Svanadze