FİFA-nın prezidenti yenə də Blatter oldu

652

FİFA-nın 65-ci konqresi çərçivəsində prezident seçkiləri keçirilib. Seçkilərin ilk turunda qalib müəyyənləşməyib.

Reqlamentə əsasən iki namizəddən birinin qalib gəlməsi üçün ümumi səslərin 2/3-nü toplaması lazım idı. İlk turda isə hazırkı prezident Zepp Blatter 133, Əli ibn Əl-Hüseyn isə 79 səs toplayıb.

Xatırladaq ki, konqresdə FİFA-ya üzv olan 209 ölkənin də nümayəndələri iştirak edir. Azərbaycanı konqresdə AFFA Prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.

İkinci turda isə əsas şərt kimin daha çox səs yığması olacaq.

Son anda daxil olan məlumata görə, Əli ibn Əl-Hüseyn ikinci tur öncəsi namizədliyini geri götürüb. Bununla da isveçrəli Blatter 5-ci dəfə FİFA prezidenti olub.