Fidel Kastro vəfat edib

479

Kuba inqilabının lideri Fidel Kastro ölüb. apa-nın məlumatına görə, bu barədə Kuba televiziyası məlumat yayıb.

Kuba lideri Raul Kastro da F. Kastronun vəfat etdiyini açıqlayıb.

F. Kastro 90 yaşında dünyasını dəyişib.

Kuba inqilabının lideri, dövlət və siyasi xadim F. Kastro 1926-cı il avqustun 1-də doğulub. 1976-cı ildən 30 il ərzində Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, həmçinin İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri olub.

Səhhətinin pisləşməsi ilə əlaqədar F. Kastro 31 iyul 2006-cı ildə səlahiyyətlərini qardaşı Raul Kastroya verib.