Fevralda Milli Dram Teatrında və Pantomima Teatrında nələr olacaq?

Milli Dram Teatrının fevral repertuarı təsdiqlənib. Belə ki, fevralın 1-də H.Həsənov “Qürbətdən gələn məktublar”, Ə.Əmirlinin “Şah Qacar”, 3-də Elçinin “Teleskop”, 4-də “Kitabi Dədə Qorqud” eposu əsasında “İlahi oyun”, 5-də Y.Oğuzun “Nadir şah” əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunacaq.

Teatr sevərlər İ.Əfəndiyevin “Boy çiçəyi” tamaşasına fevralın 6-da, xalq nağılı əsasında hazırlanan “Biri var idi, biri yox idi” və Elçinin “Qatil” tamaşalarına isə fevralın 7-də baxa bilərlər.

Teatrın kollektivi İ.Əfəndiyevin dramı əsasında hazırlanmış “Qarabağnamə” və H.Cavidin “Əmir Teymur” pyesi əsasında səhnələşdirilmiş tamaşaları fevralın 8-də təqdim edəcək.

Fevralın 10-da B.Nuşiçin “Nazirin xanımı”, 12-də Ə.Əmirlinin “Şah Qacar”, 13-də V.Səmədoğlunun “Generalın son əmri”, 14-də A.Şaiqin “Danışan gəlincik” və F.Dürrenmattın “Yaşlı xanımın gəlişi”, 15-də isə C.Məmmədquluzadənin “Anamın kitabı” və E.de Filipponun “Silindir” əsərləri əsasında quruluş verilmiş tamaşalar nümayiş olunacaq.

Teatr həvəskarları fevralın 17-də H.Cavidin “Əmir Teymur”, 19-da A.Krımın “Keçmişdən zəng”, 20-də K.Abdullanın “Şah və şair, yaxud hamı səni sevənlər burdadı”, 21-də M.Musabəylinin “Tıq-tıq və yeni dostları” və Y.Oğuzun “Nadir şah”, 22-də A.Şaiqin “Qaraca qız” tamaşalarını izləyə bilərlər.

H.Mirələmovunu “Xəcalət” tamaşası isə fevralın 25-i və 26-da göstəriləcək.

Fevralın 27-də Y.Şvartsın “Kölgə”, 28-də isə M.Musabəylinin “Tıq-tıq və yeni dostları” və Ə.Əmirlinin “Şah Qacar” əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunacaq.

 

Azərbaycan Dövlət Pantomima Teatrının fevral repertuarı maraqlı tamaşalar zəngindir. fevralın 1-də Nargilə Qəribovanın və Ceyhun Dadaşovun “Katarsis”, 7-də “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Dəli Domrul”, 8-də Ceyhun Dadaşovun “Mən və mən” tamaşaları göstəriləcək.

Teatrın kollektivi fevralın 14-də Səbinə Hacıyevanın “Dejavü”, 15-də Bəxtiyar Xanızadənin və Bəhruz Əhmədlinin “Son ştrix”, 21-də B.Əhmədlinin B.Əhmədli “Ora-bura” tamaşalarını göstərəcək.

B.Xanızadənin “Pantomima buketi” və “Unutmayaq” tamaşaları müvafiq olaraq fevralın 22-də və 28-də nümayiş olunacaq.

Pantomima teatrı həmişə olduğu kimi, fevral ayında da balaca tamaşaçıları unutmayıb.

Uşaqlar fevralın 8-də Abdulla Şaiqin “Tıq-Tıq”, 22-də Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” tamaşalarına baxa bilərlər.