“Fənərbaxça” “Lokomotiv”lə, “Qalatasaray” “Latsio” ilə görüşəcək

502

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb. Yarışın qrup mərhələsinin 24 qalibi və Çempionlar Liqasının 3-cü yer sahibləri İsveçrənin Nyon şəhərindəki tədbirdə 16 cüt təşkil edib.

Püşk öncəsi qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında yer alıb. Çempionlar Liqasından gələn 8 komandadan 4-ü 1-ci, digərləri 2-ci səbətə düşüb.

Püşkün nəticələrinə əsasən, 1/16 final mərhələsində səpələnməmişlər ilk oyuna ev sahibliyi edəcək. Səpələnmişlər isə cavab oyununu öz meydanında keçirəcək.

Qonşu Türkiyənin iki təmsilçisi – “Qalatasaray” və “Fənərbaxça”nın da rəqibləri müəyyənləşib. Sonuncular Rusiya “Lokomotiv”i ilə görüşəcək. “Qalatasaray” isə İtaliya “Latsio”su ilə qarşılaşacaq.

Bu mərhələnin ilk qarşılaşmaları fevralın 18-də, cavab oyunları 25-də baş tutacaq.

Avropa Liqası
1/16 final
“Valensiya” (İspaniya) – “Rapid” (Avstriya)
“Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya) – “Porto” (Portuqaliya)
“Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)
“Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan)
“Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
“Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Sparta” (Çexiya) – “Krasnodar” (Rusiya)
“Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya)
“Syon” (İsveçrə) – “Braqa” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna) – “Şalke” (Almaniya)
“Marsel” (Fransa) – “Atletik” (İspaniya)
“Sevilya” (İspaniya) – “Molde” (Norveç)
“Sportinq” (Portuqaliya) – “Bayer” (Almaniya)
“Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya)
“Sent-Etyenn” (Fransa) – “Bazel” (İsveçrə)