“Fələstinin paytaxtı Qüds üzərindən uçuruq”, – deyən pilot qəhrəman kimi qarşılanıb.

479

Uçuş əsnasında “Fələstinin paytaxtı Qüds üzərindən uçuruq” anonsunu verən İordaniya Kral Hava Yollarının pilotu Yusif əl-Dajah iordaniyalılar tərəfindən aeroportda qəhrəman kimi qarşılanıb.

“Yeniavaz”ın “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, onu Kraliça Aliyə Hava Limanında qarşılayanlar arasında İordaniya Parlamentini üzvləri də olub.

Ölkəsində sevinc təzahüratları ilə qarşılanan kapitan pilot aeroportda verdiyi açıqlamada bildirib ki, Fələstinin paytaxtı Qüdsə Kraliça Aliyə Hava Limanından qalxıblar: “Qüds üçün savaşmalıyıq. Qüds üçün şəhid olacağıq. Qüds və Fələstin üçün savaşan Kral Abdullanı dəstəkləməliyik. Yaşasın azad Fələstin!”.

Xatırladaq ki, İordaniya Kral Hava Yollarının pilotu Əmman-Nyu-York reysini həyata keçirərkən ərəb və ingilis dillərində “Təyyarəmiz indi Fələstinin paytaxtı Qüds üzərində uçur” anonsunu vermişdi.