Fəallıq müşahidə olunur

594

 

r2

Sentyabrın 26-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) başlayıb.
Mingeçevirdə referendumla bağlı təşkil olunmuş məntəqələrdə səsvermənin (referendum) ilk saatlarından fəallıq müşahidə olunur. Qeyd edək ki, normal fəaliyyət həmin məntəqələrdə hər cür şərait yaradılıb. Müşahidəçilərdən aldığımız məlumata görə, səsvermə zamanı heç bir qanun pozuntusuna yol verilməyib. 47 saylı Mingəçevir Seçki Dairə Komissiyasının 15 saylı seçki məntəqəsinin müşahidəçisi (referendumu 314 müşahidəçi izləyir) Məmmədova İlhamə Rafiq qızı bizimlə söhbətində bir daha bu barədə məlumat verdi. Üstəlik, qeyd etdi ki, mövcud olan məntəqələrdə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir.
r3Şəhər sakini Rəşid Həşimov isə dedi ki, Azərbaycan vətəndaşı kimi mən də bu referendumda iştirak etdim: “İnanıram ki, konstitusiyaya dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartlarının yaranmasına səbəb olacaq”.
Esmira Hidayətova.