Etirazçılar Kolumbun heykəlini gölə atıblar

0
186

Etirazçılar ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində Xristofor Kolumbun abidəsini sökərək onu gölə atıb.

azərtac WRIC telekanalına istinadla xəbər verir ki, iyunun 9-da axşam saatlarında Berd parkında minə yaxın etirazçı toplaşıb. Etiraz aksiyası əvvəlcə dinc xarakter daşıyıb. Sonra isə yerli vaxtla saat 20:30-da etirazçılar kəndirlər vasitəsi ilə Xristofor Kolumbun heykəlini postamentdən qoparıb və parkda yerləşən gölə atıblar.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. Bu kadrların internetdə yayılmasından sonra ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Kütləvi etiraz aksiyaları və onları müşayiət edən iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.