Ermənistanın mövqeyi: “Bir qarış da olsun torpaq qaytarılmayacaq”

0
381

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda olarkən onlara bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: “bir qarış da olsun torpaq”, hansı ki, “avtomatik strategiya olur”.Bu haqda erməni KİV-inə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib.
Bu artıq təkcə təxribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə, ermənilərin sadəcə olaraq, tüpürmələridir.
Torpaqların bir qarışının da güzəştə gedilməyəcəyindən danışarkən Ermənistanda, təbii, Qarabağı və Azərbaycanın işğal edilmiş digər ərazilərini nəzərdə tuturlar.
Sual yaranır: Onda danışıqlar, “konstruktiv danışıqlara hazırlıq” haqda Ermənistan prezidentinin bəyanatları nəyə lazımdır? Bir halda ki, Ermənistanın yeni hökumətinin proqramına “bir qarış da olsun torpaq” prinsipi salınıb, danışıqları necə konstruktiv adlandırmaq olar? Axı söhbət başqa ölkənin – Azərbaycanın işğal edilmiş torpaqlarından, hansı ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır, – gedir!
Amma yox, Ermənistanın yeni hökumətinin proqramında bir neçə yerdə özünü elan etmiş qurum – “Dağlıq Qarabağ Respublikası” xatırlanır.
Ermənistanın özünün bu “respublikanı” tanımaması da çoxdandır ki, heç kimi təəccübləndirmir . Doğrudur, hökumətin proqramında o var, amma elə ki, məsələ rəsmi tanınmaya çatır, Ermənistanın həm hökuməti, həm parlamenti, həm də prezidenti geri çəkilirlər. Məqsəd aydındır: mövcud status-kvonu saxlamaq.
Bir sözlə, Yerevanda çıxan “Lraqir” qəzetinin açıq yazdığı kimi, Ermənistan heç nə qaytarmağa hazırlaşmır, baxmayaraq ki, diplomatlar hələ də danışıqlarda iştirak edir və hansısa təkliflər irəli sürürlər.
Aydın və dəqiq ismarıcdır: Ermənistan heç nə qaytarmağa hazırlaşmır. Belə də başqa bir sual da yaranır: bir halda ki, tərəflərdən biri – Ermənistan nəinki güzəştlərə, hətta danışıqlara belə qəti surətdə hazır deyil, onda ATƏT-in Minsk Qrupu, həmsədrlər nə üçün və nəyə lazımdırlar?! virtualaz.org