Ermənistanın hərbi təcavüzü nəticəsində 3890 nəfər itkin düşmüş kimi qeydiyyatdadır

39

Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşüb və girov götürülüb. 719 nəfəri mülki şəxs olmaqla 3890 nəfər itkin düşmüş insan kimi qeydiyyatdadır. Bunlardan 71 nəfəri uşaq, 267-si isə qadındır.

Bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva avqustun 30-da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən konfransda deyib.

Ombudsman bildirib ki, Xocalı soyqırımı isə erməni vandalizminin və terrorunun ən qatı cinayətidir. Bu, Ermənistan tərəfindən Cenevrə konvensiyalarının ciddi şəkildə pozulmasıdır.

Ombudsman vurğulayıb ki, Azərbaycan isə əksinə olaraq öz üzərinə düşən öhdəlikləri həmişə yerinə yetirib və indi də yerinə yetirməkdə davam edir.