Ermənistanı ayaqda saxlayanlar

485

Bildiyimiz kimi yarımblokada şəraitində olan Ermənistan iqtisadiyyatını ayaqda saxlamaq üçün ən böyük dəstəyi erməni diasporası göstərir. “Yeniavaz.com” hazırda Ermənistana maddi dəstək göstərən erməni diasporunun əsas şəxslərini təqdim edir:

Corc Qurgen Dokmecyan – 1983-1991-ci illərdə ABŞ-ın ən böyük ştatının – Kaliforniyanın (İqtisadiyyatı Rusiya iqtisadiyyatından böyükdür) qubernatoru olub. Qubernator olaraq 1986-cı ildə qondarma erməni soyqırımının tanınması haqqında aktı imzalayıb. Hazırda Kaliforniya ştatının idarə olunmasında əsas orqanlardan olan Məsləhət Şurasının üzvüdür.

Artur Saruxan – Meksikanın ABŞ-dakı keçmiş səfiri. Heydər Əliyevin Meksikada inşa olunan büstünün sökülməsi Artur Saruxanın təşəbbüsü və fəaliyyəti nəticəsində olub.

Stiven Kandaryan – ABŞ-in “MetLife” şirkətinin sahibi. Bu şirkət dünyanın ən böyük 500 şirkəti arasında yer alır. Bu şirkətin 2012-ci ildəki gəliri 3,5 milyard dollar olub. Kandaryan dünyanın ən varlı ermənisi hesab olunur. Erməni lobbisinin “boz kardinalı” olaraq təqdim olunur.

Qrayr Hovnanyan – ABŞ-ın “Hovnanian Enterprises İnc” şirkətinin direktoru. ABŞ-dakı ən böyük erməni kilsəsini inşa edib. Şuşa şəhərinə ən böyük maddi dəstəyi verənlərdən biri hesab olunur. Onun maliyyə dəstəyi ilə Şuşada onlara ictimai obyekt inşa edilib.

Kirk Kerkoryan – ABŞ-ın “Tracinda Corporation” şirkətinin sahibi. Las Veqasın ən böyük kazinoları bu şəxsə məxsusdur. Şəhərdəki hər 4 kazinodan və hər 5 oteldən birini ermənilər idarə edir. ABŞ-da “kazinolar imperatoru” olaraq tanınır. Son 5 ildə Ermənistana və erməni diasporuna 1 milyard dollardan artıq yardım edib.

Patrik Devedcyan – Fransa parlamentinin deputatı. 1995-ci il Prezident seçkilərində Jak Şirakın şəxsi məsləhətçisi olub. Sarkozinin Prezidentliyi zamanında hakim partiyanın baş katibi olub. Fransada erməni soyqırımının qəbulunda müstəsna rol oynayıb və müsahibələrinin birində deyib ki, “biz yalnız öldüyümüz zaman “erməni məsələsi”nin həllindən vaz keçə bilərik”. Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş rayonunun maddi problemlərinin həllini öz üzərinə götürüb.

Eduardo Ernekyan – Argentinanın “Aeropuerts Argentina 2000” şirkətinin sahibi. Argentinanın ən varlı 2-ci şəxsi hesab olunur. Aregentinanın 32 aeroportunu Ernekyana məxsus şirkət idarə edir. İrəvandakı “Zvartnos” aeroportunun təmiri üçün 200 milyon dollar vəsait xərcləyib.