Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın istefası üçün verdiyi ultimatumun vaxtı bitib.
“İki sahil” Trend-ə istinadən xəbər verir ki, N.Paşinyan istefa vermədiyi üçün müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırıb.
Bu çağırışı “Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan öz “Facebook” səhifəsindən edib.
O bildirib ki, bu andan etibarən Ermənistan vətəndaşları öz narazılıq və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyaları keçirmək hüququna malikdir.
Xatırladaq ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda hökumətə qarşı etirazlar dayanmır.