Ermənistanda koronavirusa yoluxanların sayı 45 min 862-yə çatıb

0
91

Ermənistanda son 24 saat ərzində daha 187 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 45 min 862-yə yüksəlib.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı daha 5 nəfər artaraq 916 olub. Hazırda Ermənistanda 3006 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Ermənistanda martın 16-dan tətbiq olunan fövqəladə vəziyyət rejimi sentyabrın 11-də başa çatıb. Əvəzinə karantin rejimi tətbiq olunur və bu rejimin müddəti 2021-ci il yanvarın 11-dək davam edəcək.