Ermənistanda 43 işsizə 1, Azərbaycanda isə 2 işsizə 1 vakant iş yeri düşür

653
MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, aprel ayının əvvəlində dövlət qurumları tərəfindən Azərbaycanda 13,8 min, Ermənistanda isə cəmi 1,7 min vakant iş yeri elan olunub. Hər iki ölkədə müvafiq dövlət orqanlarında qeydiyyatda olan rəsmi işsizlərin sayını nəzərə alsaq, Ermənistanda hər 43 işsizə 1, Azərbaycanda isə, təxminən, hər 2 işsizə 1 vakant iş yeri düşür.
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrdə işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınan vətəndaşların sayı baxımından ən yaxşı vəziyyət Azərbaycan və Qazaxıstanda qeydə alınıb. MDB Dövlətlərarası Statistika Komitəsinin cari ilin ilk rübü ilə bağlı açıqladığı statistik göstəricilərdə qeyd olunur ki, həm Azərbaycanda, həm də Qazaxıstanda iqtisadi fəal əhalinin cəmi 0,6%-i işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıb. Birliyə üzv olan ölkələr arasında işsizlərin sayına görə ən acınacaqlı vəziyyət isə Ermənistanda qeydə alınıb. Bu ölkədə işsiz kimi qeydə alınan vətəndaşların sayı 73 min nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 5,2%-ni təşkil edir. Ermənistanda vakant iş yerlərinin sayı da Azərbaycanla müqayisədə 9 dəfə azdır. Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, aprel ayının əvvəlində dövlət qurumları tərəfindən Azərbaycanda 13,8 min, Ermənistanda isə cəmi 1,7 min vakant iş yeri elan olunub. Ölkəmizdə 29,1 min nəfər rəsmi işsiz və 13,8 min vakant iş yerinin olduğunu nəzərə alsaq, vakant iş yerlərinin sayı işsizlərin sayından cəmi 2,1 dəfə az olub. Müqayisə üçün bildirək ki, Ermənistanda bu göstərici 43 dəfəyə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistanda hər 43 işsizə 1, Azərbaycanda isə, təxminən, hər 2 işsizə 1 vakant iş yeri düşür. Komitənin məlumatında həmçinin qeyd olunur ki, son bir il ərzində rəsmi şəkildə qeydiyyatda olan işsizlərin sayı yalnız Azərbaycanda azalıb. Ötən bir il ərzində işsizlərin sayı 21% aşağı düşüb. Digər MDB ölkələrində isə işsizlərin sayında artım baş verib. Ən yüksək artım Belarusda və Ermənistanda qeydə alınıb. Müvafiq dövlət orqanlarında qeydiyyatda olan işsizlərin sayı Belarusda 73,1%, Ermənistanda isə 20,7% artıb. Bu göstərici MDB-yə üzv olan digər ölkələrdə – Moldovada 10%, Qazaxıstanda 7,4%, Rusiyada 4,7%, Ukraynada 2,9%, Tacikistanda 0,7%, Qırğızıstanda isə 0,4% olub.

Azərbaycan iqtisadi fəal əhalinin 0,6%-i və ya 29 min 100 nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Bu barədə məlumat Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin cari ilin ilk rübü ilə bağlı açıqladığı statistik göstəricilərdə yer alıb. Komitənin məlumatına görə, işsiz kimi qeydiyyata alınan vətəndaşların sayı baxımından ən yaxşı vəziyyət Qazaxıstan və Azərbaycanda qeydə alınıb. Azərbaycanda olduğu kimi Qazaxıstanda da iqtisadi fəal əhalinin 0,6%-i və ya 56,1 min nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Birliyə üzv olan ölkələr arasında işsizlərin sayına görə ən acınacaqlı vəziyyət Ermənistanda qeydə alınıb. Bu ölkədə işsiz kimi qeydə alınan vətəndaşların sayı isə 73 min nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 5,2%-ni təşkil edir.

MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə bildirək ki, Azərbaycan və Qazaxıstandan sonra ən aşağı işsizlik səviyyəsi Belarus və Rusiyada qeydə alınıb. Belə ki, Belarusda iqtisadi fəal əhalinin 0,9%-i və ya 39 min nəfəri, Rusiyada isə 1,3%-i və ya 1 milyon 1,5 min nəfəri işsiz kimi qeydiyyata alınıblar. Bunlardan başqa Moldovada iqtisadi fəal əhalinin 2,3%-i və ya 26,1 min nəfəri, Tacikistanda 2,4% və ya 55 min nəfəri, Ukraynada 2,3% və ya 506,8 min nəfər, Qırğızıstanda isə 2,4%-i və ya 59,3 min nəfəri rəsmi şəkildə işsiz hesab olunur.

MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqlamasında üzv ölkələrdə müvafiq dövlət orqanları tərəfindən elan olunan vakant iş yerlərinin sayı barədə məlumat da yer alıb. Ermənistanda vakant iş yerlərinin sayı Azərbaycanla müqayisədə 9 dəfə azdır. Belə ki, Azərbaycanda 13,8 min, Ermənistanda isə cəmi 1,7 min vakant iş yeri elan olunub. Məlumat üçün xatırladaq ki, bu rəsmi dövlət orqanları tərəfindən elan olunan vakant iş yerləridir.

Ümumiyyətlə rəsmi şəkildə qeydiyyatda olan işçilərin sayını nəzərə alsaq ən çox vakant iş yeri Rusiyadadır. Rusiyada vakant iş yerlərinin sayı işsizlərin sayından çoxdur. 1 milyon 1,5 min nəfər rəsmi işsizin olduğu Rusiyada 1 milyon 211,8 min vakant iş yeri mövcuddur. Belarusda isə vakant iş yerlərinin sayı işsizlərin sayından 1,5 dəfə azdır. Ölkəmizdə 29,1 min nəfər rəsmi işsiz və 13,8 min vakant iş yerinin olduğunu nəzərə alsaq vakant iş yerlərinin sayı işsizlərin sayından cəmi 2,1 dəfə azdır. Müqayisə üçün bildirək ki, Ermənistanda bu göstərici 43 dəfəyə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistanda təxminən hər 43 işsizə 1, Azərbaycanda isə təxminən hər 2 işsizə 1 vakant iş yeri düşür.

Komitənin məlumatında həmçinin qeyd olunur ki, son bir il ərzində rəsmi şəkildə qeydiyyatda olan işsizlərin sayı yalnız Azərbaycanda azalıb. Ötən bir il ərzində işsizlərin sayı 21% aşağı düşüb. Digər MDB ölkələrində isə işsizlərin sayında artım baş verib. Ən yüksək artım Belarusda və Ermənistanda qeydə alınıb. Müvafiq dövlət orqanlarında qeydiyyatda olan işsizlərin sayı Belarusda 73,1%, Ermənistanda isə 20,7% artıb. Bu göstərici MDB-yə üzv olan digər ölkələrdə – Moldovada 10%, Qazaxıstanda 7,4%, Rusiyada 4,7%, Ukraynada 2,9%, Tacikistanda 0,7%, Qırğızıstanda isə 0,4% olub.

Allahverdi Cəfərov