Ermənistan müxalifətinin lideri baş nazirlə hakimiyyətin ötürülməsini müzakirə edəcək

0
335

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyan aprelin 22-də baş nazir Serj Sarkisyanla danışıqlarda hakimiyyətin ötürülməsinin şərtlərini müzakirə edəcəyini bildirib.

“Görüş saat 10.00-da “Marriott” otelində keçiriləcək. Danışıqlar Sarkisyanın istefası və hakimiyyətin sarsıntısız ötürülməsi məsələlərin ətrafında aparılacaq”, – deyə Paşinyan “Facebook”-da dərc etdiyi videomüraciətində bildirib.

 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.