Ermənilərin vəhşiliyini dünya bilməlidir – Prezident

Erməni vəhşiləri 30 il işğal altında saxladıqları ərazilərimizi viranəyə çevirib, talayıb, daşı daş üstündə qoymayıblar. Bu illər ərzində mənfurlar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları, bütün tikililəri terrora məruz qoyub, zəngin ekosistemimizə divan tutublar. Qəbiristanlıqları talamaqdan çəkinməyən erməni barbarları hətta goreşən xislətləri ilə qəbirlərdən insan sümüklərini eşib çıxarıblar. Eyni zamanda, bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaratmağa çalışıblar. Bütün bunlar faşist xislətli erməni vandallarının  insanlığa, təbiətə qənim kəsilmələrindən bir daha xəbər verir. Şübhəsiz, bəzi beynəlxalq qurumların və dövlətlərin dünyaya fəlakətlər yaşatmaq missiyası ilə gəlmiş bu vandal tayfanın ağlasığmaz əməllərinə göz yummaları onların zaman-zaman  quduzlaşmalarına şərait yaradıb. Şanlı ordumuz işğal altında olan torpaqlarımızı erməni quldurlarından azad etdikdən sonra nümayiş etdirilən kadrlarda bu mənfurların yurdlarımızı necə talan etdiklərinə dünya da artıq şahidlik edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər dəfə işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən konkret detallarla erməni vəhşilərinin törətdikləri fəlakətlərdən söz açır, dünyanın diqqətini bu kimi nüanslara cəlb edir. Eyni zamanda, erməni barbarlarının havadarlarına da öz kəksin mesajlarını çatdırır.

Martın 15-də dövlətimizin başçısı Hadrut qəsəbəsində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxış edərkən bir daha bu məsələyə toxunaraq demişdir: “Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib.” Zənnimizcə, dövlətimizin başçısı tərəfindən səsləndirilən təkcə bu fikir beynəlxalq ictimaiyyətdə erməni faşizmi haqqında aydın təsəvvür yaratmağa bir daha imkan verir.

“Ermənilərin vəhşiliyini dünya bilməlidir” deyən Prezident İlham Əliyev öz çıxışında, həmçinin Azərbaycanı heç bir əsas olmadan ittiham edənlərə, daha doğrusu, hələ də ermənilərin “təəssübkeşliyni çəkənlərə” də öz sözünü çatdırmışdır. Cənab Prezident bildirmişdir ki, əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb. Dövlətimizin başçısının belə bir fikri səsləndirməsi heç də təsadüfi deyil. Belə ki, hələ də işğalçı Ermənistanı beynəlxalq aləmdə dəstəkləyən qüvvələr az deyil. Onlar Vətən müharibəsi dövründə, eləcə də indiki vaxtda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə haqq qazandırır, hətta azərbaycanlıları təcavüzkar kimi göstərməyə çalışırlar. Belə bir şəraitdə təbii ki, dövlət başçımızın sözügedən istiqamətdə fəaliyyətini gücləndirməsi, regionun yeni inkişaf istiqamətlərini müəyyənləşdirməsi, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərlər etməsi, yeni obyektlərin təməllərini qoyması olduqca təqdirəlayiqdir.

Bəli, bu gün Prezident İlham Əliyev  qalib Sərkərdə kimi həmin ərazilərə səfərlər etməklə postmüharibə dövrünün reallıqlarını dünyaya izah edir və regionun inkişaf konsepsiyasını müəyyənləşdirir. Bununla da təkcə Ermənistana deyil, bütün dünyaya öz mühüm mesajlarını verir. Prezidentimiz bəyan edir ki, bölgədəki sabitlik təkcə Azərbaycan deyil, bütün ölkələr üçün önəmlidir. Fərəhləndirici haldır ki, bir zamanlar Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici mətbuat orqanlarının  əməkdaşları işğaldan azad edilmiş ərazilərimizdə olaraq ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görür və obyektiv yazılarla çıxış edirlər.

Müzəffər Ali Baş Komandan bu səfərində erməni barbarlarının törətdikləri bu iyrənc əməllərə göz yumulmayacağını, törətdikləri vəhşiliklərə görə cavab verəcəklərini, daha doğrusu, həmin ərazilərə vurduqları ziyanın hamısını beynəlxalq hüquq normaları çərçivəsində ödəyəcəklərini də əminliklə vurğulamışdır: “Onları məcbur edəcəyik.” Bu da bir daha o anlama gəlir ki, faşist xislətli erməni vəhşiləri zorla işğal altında saxladıqları  ərazilərimizi talayıb viran qoyduqlarına görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”