Ermənilər Laçını yandırırlar

47

“Laçının demək olar ki, bütün ərazisi boz dumanla örtülüb, yanıq iyi rayondan çox-çox uzaqlara yayılır. Buna səbəb təkcə ermənilər tərəfindən yandırılan yaşayış binaları və sosial infrastruktur deyil, həm də Laçın rayonunun 22 min hektarını təşkil edən yanan meşələrdir”.
Bu barədə “Caliber” məlumat yayıb.
Laçın rayonunda Azərbaycana məxsus PUA-nın çəkdiyi video görüntülərdən aydın olur ki, yanan meşələr ermənilər tərəfindən törədilən ekoloji fəlakətdir.
2020-ci ilin noyabrında Kəlbəcərdə olduğu kimi, indi də Laçını tərk edən ermənilər ekoloji fəlakət yaratmaq məqsədilə talana və meşələri yandırmağa davam edirlər.
Laçından peyk görüntülərini təqdim edirik: