“Ermənilər Dağlıq Qarabağla bağlı həqiqətləri eşitmək istəmirlər”

0
433

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasında ermənistanlı deputat Artaşes Qeqamyan Dağlıq Qarabağın “müstəqil dövlət” və İrəvanın Ermənistanın “tarixi torpağı” olması ilə bağlı əsassız iddialarla çıxış etmişdir.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova erməni deputatın bu əsassız iddilarına tutarlı cavab vermişdir.
Bahar Muradova bildirmişdir ki, 22 ildən artıqdır davam edən Dağlıq Qarabağ problemi məhz bu regionda qeyri-qanuni keçirilən “referendum” və bir neçə dəfə qeyri-qanuni keçirilən “parlament” və “prezident” seçkiləri nəticəsində mövcuddur. Erməni deputat burada Dağlıq Qarabağı özünü ifadə etmiş “dövlət” kimi qələmə verməyə çalışır, hətta gülməli bir ifadə işlədərək onun demokratikliyini iddia edir. Dağlıq Qarabağa səfər edən həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada çox kasıb, bütün imkanlardan məhrum insanların acınacaqlı şəraitdə yaşadıqlarını görür. “Dağlıq Qarabağ xalqı” deyilən bir məhfum yoxdur. Orada yalnız etnik ermənilər yaşayır. Biz onların bugünkü durumununa görə çox narahatlıq keçiririk, çünki bu insanlar “böyük Ermənistan” ideyasının çox xırda girovuna çevrilmişlər. Ermənilər isə Dağlıq Qarabağla bağlı həqiqətləri eşitmək istəmirlər.
Milli Məclis sədrinin müavini İrəvanın tarixi Azərbaycan torpağı olduğunu xüsusi vurğulayaraq demişdir “Mən bir daha təkrarlayıram ki, 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində İrəvanın ermənilərə bağışlanması olmuşdur. Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəkdir. Bunu hər kəs bilməlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here