Ermənilər Fransaya köçmək istəyirlər

22

Ermənistan paytaxtında Qarabağ erməniləri növbəti etiraz aksiyası keçiriblər.

Yerevanda hökuməti binası önünə toplaşan sakinlər hökumətin onları ev və işlə təmin etməsi barədə 45 gün əvvəl yazdıqları kollektiv məktuba cavab verilməməsindən gileyləniblər.

“Bu günə qədər cavab almamışıq. Hökumətdən niyə bizə gələcək planları və taleyimiz barədə açıqlama vermədiyini soruşmaq istəyirik”- deyə etirazçılardan biri söyləyib. Bundan əvvəl, baş nazirin müavini Mqer Qriqoryanla görüşdüklərini deyən Qarabağ erməniləri əldə olunmuş razılaşmalara əməl olunmamasından və qışın gəlişi fonunda evsiz qalmalarından şikayət ediblər.

Sakinlər Fransa səfirliyinə də məktubla müraciət etdiklərini açıqlayıb. Qarabağ erməniləri siyasi sığınacaq verilməsi halında Fransaya köçməyə hazır olduqlarını söyləyiblər. Etirazçılar Fransaya 10 minə qədər sakinin qaçqın statusu ilə mühacirət edə biləcəyini əlavə edib.

Süni şəkildə Qarabağa köçürülən erməni sakinlər daha bölgədə qalmaq istəmədiklərini və Qərb ölkələrinə getməyi düşündüklərini əlavə ediblər.

Xatırladaq ki, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olunub.