Erməni deputatdan şok etiraf

617

Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşması ölkəni sosial partlayış astanasına yaxınlaşdırır. Erməni iqtisadçılarının dediyi kimi, enerjinin bahalaşması respublikada qarşısı alınmaz vəziyyətə gətirib çıxaracaq.

ANS PRESS-in məlumatına görə, deputat Vardan Bostançıyan bildirib ki, elektrik enerjisinin bahalaşması onsuzda bərbat gündə olan insanların vəziyyətini daha da pisləşdirəcək, gündən-günə böyüyən, ölkədən qaçıb getməyə, canını qurtarmağa çalışanların miqrasiyasına imkan yaradacaq.

Onun sözlərinə görə, elektrik enerjisinin bahalaşmasının nəticələri kədərli olacaq. Rəsmi məlumatlara görə, Ermənistanda kasıbların sayı çox böyük faizə çatıb, əhalinin əhəmiyyətli hissəsi dolana bilmir, gündəlik problemlərinin həll etmək gücündə belə deyil.

O vurğulayıb ki, qaz və elektrik enerjisi təchizatı sisteminin müasirləşdirilməsinə ehtiyac duyulur. Təbii ki, bu, maliyyə tələb edir. Amma, pul yoxdur. Sual yaranır, bu hədəflərə ayrılmış vəsaitlər hara gedib?

İqtisadçı deputat deyib: “Biz sındırılmışıq. Başqa çıxış yolumuz belə yoxdur. Bahalaşma çox pis nəticələrə gətirib çıxaracaq. Çünki ölkə qarşısında energetika təhlükəsizliyinin təminatı problemi durur. İndiki hakimiyyətin isə buna gücü və marağı yoxdur. Bir sözlə, enerjinin bahalaşması halında vəziyyət qarşısı alınmaz olacaq. Həmçinin, bu, birmənalı şəkildə əhalinin xaricə su kimi axanına imkan yaradacaq.”

Maraqlıdır ki, ölkənin təbii ehtiyatlar və energetika naziri Yervand Zaxaryan elektrik enerjisinin bahalaşmasına haqq qazandırıb, bunun təbii sifariş olduğunu söyləyib.

O jurnalistlərin tutarlı sualları qarşısında acizlik göstərib və bildirib ki, qiymət artımının çoxluğu başqa məsələdir. Burada qərarı Taarif Komissiyası verir. Bizlik bir şey yoxdur. Bu, bizim üçün faydalı təcrübədir.

Xatırladaq ki, hazırda Ermənistanda əhali üçün elektrik enerjisinin 1 kVt/saat üçün gündüz qiyməti 41,85 dram, gecə isə 31,85 dram təşkil edir. “Ermənistan Elektrik Şəbəkəsi” qiymətlərin 48 dramdan 58 dramadək qaldırılması təklif olunur.