Emin Əsədov: “İnsan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilib”

644

Mingəçevir polis şöbəsində Daxili İşlər Nazirliyi (DİN) və “Təmas” Regional İnkişaf İctimai Birliyi “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabiltasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib. Tədbirdə polis orqanlarının əməkdaşları və ictimayyətin nümayəndələri iştirak ediblər.

“Təmas” birliyinin sədri Südabə Məmmədova  “İnsan alveri nədir? Ondan necə qorunmaq olar?” və “Məişət zorakılığına qarşı mübarizə” mövzularında məruzələri dinlənilib. Qeyd olunub ki, mərkəz valdeyin himayəsindən məhrum olan, təhsildən yayınan uşaqları və küçə uşaqlarını bura cəlb etməklə, onlara lazım olan yardımları göstərir. Bundan əlavə, mərkəzə müraciət edən və istiqamətləndirilən zorakılıq qurbanlarının ilkin ehtiyacları ödənilir, onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımlar edilir. Ehtiyacı olanlar təhlükəziz sığınacaqlarla təmin edilirlər.

Tədbirdə DİN-nin baş əməliyyat müvəkili Emin Əsədov insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirildiyini qeyd edib və eyni zamanda  tədbir iştirkaçılarını bu barədə maraqlandıran suallara aydınlıq gətirib.

Esmira Hidayətova, Mingəçevir