… Elmə məlum deyil

473
Planetimizdəki həyat mənbələrindən biri sayılan Günəş artıq bir neçə milyard ildir ki,  dünyamızı isidir. Bunu ibtidai sinifdə oxuyan uşaqdan ömrünün ahıl yaşını yaşayan ağsaqqala kimi, hər kəs bilir. Ancaq bu planetin yaşını, ölçüsünü, temperaturunu bilən çox az adam var. Bu yazımızda sizə Günəşlə bağlı bir çox maraqlı faktları təqdim edirik.
– Alimlərin hesablamalarına görə, Günəşin 4,6 milyard yaşı var.

– Günəşin diametri 1 milyon 392 min 684 kilometrdir.

– Dünyadan 333 min dəfə daha ağır olan Günəşin çəkisi 1,989 100 000 000 000 000 000 kiloqramdır.

– Günəşin nüvəsinin temperaturu 15,6 milyon dərəcəyə çatır.

– Günəş Sistemində Günəşdən sonra ən böyük planet Yupiterdir. Ancaq Yupiter də Günəşlə müqayisədə kiçik qolf topunu xatırladır.

– Günəşin içərisinə bir milyon Yer kürəsi yerləşə bilər.

– Günəş 75% hidrogendən, 25% heliumdan ibarətdir.

– Günəşin nə vaxt kəşf olunduğu elmə məlum deyil.

– Günəşin səthi qazla örtülüdür və bu planetdə sərt bir təbəqə mövcud deyil.

– Günəşin şüaları 8,44 dəqiqəyə Yer kürəsinə çatır.

– Günəş dünyaya ən yaxın ulduzdur. Bu planetin cazibə qüvvəsi Yer kürəsindəkindən 28 dəfə çoxdur.

-Yer kürəsi ilə Günəş arasındakı məsafəni ilk hesablayan insan  III-cü əsrdə yaşamış Eratostenes olub. Onun hesabladığı 149 milyon km məsafə müasir texnologiya vasitələrinin köməkliyi ilə öz təsdiqini tapıb.

– Alimlər Günəşin daha 5 milyard il yandıracağı hidrogen ehtiyatına sahib olduğunu bildirirlər. Aparılan hesablamalara görə, hidrogen ehtiyatı tükəndikdən sonra Günəş sahib olduğu heliumu yandırmağa başlayacaq. Yaranmış yüksək temperatur səbəbindən bu planet 250 dəfə böyüyəcək.