Elektrik dirəklərində leyləklər yuva bağlar

436

Mingəçevir-Bəhramtəpə yolu ilə Yevlaxın kəndlərindən keçdikcə yüksək gərginlikli elektirik daşıyıcları üzərində böyük yuvalar diqqət çəkir… Dəmiryol xətlərinin hündürlüyü 25-30 metr olan dirəklərinin son nöqtəsində ot, çör-çöp sanki insan əlləri ilə yığılıb. Görüntülər Yevlaxın Salahlı kəndi ərazisində lentə alınıb. Yerli sakinlər leyləklərin əsasən yaz aylarında kənd ərazisində göründüyünü bildirirlər.

Ət yeyən canlılar il ərazində 2-4 yumurta qoyur. Maraqlı məqam ondan ibarətdir ki, artım zamanı 34 gün yumurta üstündə dişi deyil, erkək leylək yatır.

Yevlaxın Salahlı kəndi ərazisində daha çox diqqət çəkən canlılar ev quşlarına, digər hər hansı heyvanlara xətər yetirmir. Kənd sakinləri insanlardan qaçaq olan quşların onlara xeyir verdiyini, ilanlardan qorunma vasitəsi olduğunu deyirlər. Bildirirlər ki, hündürlükdə qurulan yaşayış yeri, növbəti il cavan cütlüklərə verilir. Ərazidə yaşayan sakinlər leyləklərin qurub hazırladıqları böyük yuvalar yağışa, qara tab gətirmək üçün su çıxarları qoyulur. Yazda ölkə ərazisinə gələn quşlar noyabrın ilk on günlüyündə isti ölkərə uçurlar.

Esmira Hidayətova, Mingəçevir