Elçinin “Part-1″i

0
504

Gəncə şəhəri Türkiyə Cumhuriyyətinin Konsulluğu və Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə  gənc rəssam Elçin Cəfərovun “Part-1” adlı ilk fərdi sərgisinin açılışı keçirilmişdir.  Açılışda Gürcüstan Respublikasının konsulu, Muzey direktorları, QHT və  media nümayəndələri, tanınmış rəssamlar, şəhər ziyalıları iştirak etmişlər. Rəssamın yaradıcılığını yüksək qiymətləndirərək, gələcəkdə də yaradıcılıq nəaliyyətləri arzu etmişlər.

Sərgidə rəssamın ümumilikdə 40-a yaxın rəngkarlıq və qrafika əsərləri ekspozisiyaya daxil edilmişdir. Sərgiyə “Part-1” adı verilməsi simvolik məna kəsb edib, rəssamın tamaşaçılar qarşısında ilk və yaradıcılığının birinci hissəsi kimi çıxış edərək hesabat xarakteri daşıyır. Özünü axtarış etapında olan rəssamın əsərlərinin mövzusu və icra texnikası müxtəlif və rəngarəngdir.

Sərgi 2 noyabr 2015-ci il tarixədək Gəncə tamaşaçılarına açıq olacaq.

 

Elçin Malik oğlu Cəfərov 25.04.1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2011-2015-ci illərdə Gəncə Dövlət Universitetinin “Təsviri İncəsənət” ixtisası üzrə təhsil almışdır.
2013-cü ildən rəngkar rəssam Məmməd Verdiyevin emalatxanasında dərs alaraq, rəngkarlıq biliklərini artırmışdır.
Tələbəlik illərində bir çox şəhər tədbirlərində, sərgilərdə fəal iştirak etmişdir. Dəfələrlə Universitet tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Aşağıda qeyd olunan sərgilərə qatılmışdır.
2013-cü il – “Qızıl Əllər” (Gəncə), “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” (Bakı),
Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi (Gəncə)
2014-cü il – Məshəti Gəncəvinin yubileyinə həsr olunmuş sərgi (Gəncə), Səttar
Bəhlulzadənin xatirəsinə həsr olunmuş sərgi (Bakı), “Bəyaz İzlər” (Bakı)
2015-ci il – “Dünya bir palitradır, biz isə onun rəngləri” (Gəncə), “Almaniya bir rəssamın gözü ilə” (Bakı)