“… elə yazılar qabardılır ki”

0
488

   Müşfiq Ələsgərli: ”Təəssüflər olsun ki, informasiya xatirinə elə yazılar qabardılır ki,bunlar həmin hadisələrin pislənməsinə yox, təbliğatına yönəlir”

Mingəçevir Media Mərkəzində “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İB  layihəsi əsasında “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda  maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək  bildirib ki, kriminal mövzulara həsr olunmuş informasiyalar xəbər istehsalında geniş yerə malikdir və sosial şəbəkələr üçün də cəlbedici  mövzudur. Mövzuya aid müzakirələr aparılıb, daha çox efirlərdə yararsız verlişlərə yer verildiyi gündəmə gətirilib. Tədbirdə “Biznes taym” qəzetinin baş redaktoru Nəzirə Nurullayeva  çıxış edərək tədbir iştirakçıları tərəfindən ünvanlanan suallara aydınlıq gətirib. Tədbir maraqlı müzakirələrlə davam etdirilib.

Suallarımızı cavablandıran    Müşfiq Ələsgərli bildirib ki, əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır: ”Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi  də hüquqi bilgisizliklə, yanlış terminlərin istifadə edilməsi ilə bağlıdır. İnformasiya xatirinə elə yazılar qabardılır ki, bunlarda həmin hadisələrin pislənməsinə yox, təbliğatına yönəlir. Ona görə hesab edirik ki, bu cür toplantılar keçirərək maarifləndirmə aparaqr ki, həmin o xəbər istehsalçıları xəbər hazırlayarkən bu şərtlərə necə əməl etmələri barədə məlumatlı olsunlar. Təəssüflə qeyd edim ki, bizdə hazırda peşəkar jurnalistlərlə  yanaşı, həm də qeyri-peşəkar, xüsusən internet üzərindən xəbər yayan qeyri-peşəkar xəbər portalları peyda olub. Çox təəssüf ki , onlar hazırladıqları xəbərlərdən xəbər standartlarını nəzərə almırlar. Çox zaman onların hazırladıqları xəbərlər hardasa kriminal ünsürlərin təbliğatına xidmət edir.

 

İntihar hadisələri barədə düzgün xəbər yazmırlar, bununla da uşaqların cinayətə cəlb olunmasında da qüsurlara yol verirlər. Bu cür seminarlar bir neçə regionda keçirildikdən sonra nəhayət Bakı şəhərində böyük bir konfrans keçirərək müəyyən  fikirlər irəli sürüləcək”.

“Bəs bunların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?”sualına isə o,belə cavab verib: “Bunun üzərində iş gedir. Kimi deyir inzibati yolla, hüquq  müstəvidə.  Amma mən həmişə fikirimdə bir şeyi vurğulayıram ki, bu gün Azərbaycanda 80%  insan internet istifadəçisidir və həm də xəbər istehsalçısıdır. İnzibati, hüquqi yolla bu qədər insanı cəzalandırmaq olmaz. Burada ən yaxşı vasitə maarifləndirmədir”.

Esmira Hidayətova, Mingəçevir